EN

Kreml parada hazırlaşır, Moskva isə PUA hücumu altındadır

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gecə güclü partlayışlar olub

Kreml 9 may paradına hazırlaşarkən, paytaxt Moskvaya PUA hücumları artmağa başlayıb. Ötən gecə Moskvada güclü partlayışlar baş verib.

“AzPolitika” xəbər verir ki, Rusiyua KİV-lərinin məlumatına görə, şəhər Ukraynanın PUA hücumlarına məruz qalıb. Paytaxt rəsmiləri ərazidə hava hücumundan müdafiə qüvvələrinin fəaliyyət göstərdiyini bildirir.

Moskva meri Sergey Sobyaninin sözlərinə görə, Müdafiə Nazirliyi Moskvaya müxtəlif istiqamətlərdən uçan azı 19 PUA-nı məhv edib. Qeyd olunur ki, PUA-ların hücumunun ilk dalğasında onların 5-i vurulub. Onlardan biri Kaşirskoye şossesinə düşüb. İlkin məlumatlara görə, ciddi dağıntı və tələfat olmayıb. Daha bir PUA-nın düşməsi nəticəsində mağaza və yaşayış binasında dağıntılar qeydə alınıb. Müşahidəçilər parad günü yaxınlaşdıqca hücumların daha da çoxalacağını proqnozlaşdırırlar.

Bu arada qeyd edək ki, sosial şəbəkələrdə Moskvadakı parada hazırlıqlara Azərbaycan hərbçilərinin də qatıldığına dair videogörüntülər yayılıb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
0
icma.az

1Sources