EN

Ana dili məktəblərdə necə tədris olunur? ARAŞDIRMA

ain.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Ana dilini digər dillərdən üstün bilmək və yeri gələndə tətbiq etmək hər vətəndaşın borcudur. 

Ana dilimiz evdən, məktəbə, məktəbdən isə bütün həyatımıza sirayət edir.

Bəs görəsən, təhsil müəssisəsində dilin incəliklərinə dair öyrənilən bilikləri abituriyentlər imtahanda necə tətbiq edə bilirlər? 

Lent.az 3 il ərzində hansı təhsil müəssisəsinin  XI sinif şagirdlərinin buraxılış imtahanında Azərbaycan dilindən daha üstün olduğunun statistikasını təqdim edir.

2023-cü ilin statistikasına əsasən, XI sinif şagirdləri buraxılış imtahanında Azərbaycan dili fənnindən yüksək nəticə göstərən 5 məktəb:

1. Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdlərinin Azərbaycan dili üzrə orta balı- 86.06

2. Bakı Türk liseyi (BDU-nun nəzdində, təsisçi Türkiyə Dəyanət Vəqfi) şagirdlərinin Azərbaycan dili üzrə orta balı- 79.48

3. Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyinin şagirdlərinin Azərbaycan dili üzrə orta balı- 78.40

4. Akademik Z.Əliyeva adına liseyİn şagirdlərinin Azərbaycan dili üzrə orta balı- 77.17

5. Şirvan şəhər kimya-biologiya təmayüllü liseyin şagirdlərinin Azərbaycan dili üzrə orta balı- 76,08

2022-ci ilin statistikasına əsasən, XI sinif şagirdləri buraxılış imtahanında Azərbaycan dili fənnindən yüksək nəticə göstərən 5 məktəb:

Humanitar fənlər təmayüllü məktəb-liseyin  şagirdlərinin Azərbaycan dili üzrə orta balı- 86.54

Bakı Türk liseyi (BDU-nun nəzdində, təsisçi Türkiyə Dayanət Vəqfi)  şagirdlərinin Azərbaycan dili üzrə orta balı- 86.48

Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya  şagirdlərinin Azərbaycan dili üzrə orta balı- 80.47

H.Əliyev adına Müasir Təhsil Kompleksin şagirdlərinin Azərbaycan dili üzrə orta balı- 79.61

Ağdam rayonu 89 saylı tam orta məktəbin  şagirdlərinin Azərbaycan dili üzrə orta balı- 78.72

2021-ci ilin statistikasına əsasən, XI sinif şagirdləri buraxılış imtahanında Azərbaycan dili fənnindən yüksək nəticə göstərən 5 məktəb:

1. Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdlərinin Azərbaycan dili üzrə orta balı- 87.70

2. Bakı Türk liseyi (BDU-nun nəzdində, təsisçi Türkiyə Dəyanət Vəqfi) şagirdlərinin Azərbaycan dili üzrə orta balı- 82.43

3. Xəzər Universitetinin nəzdində Dünya məktəbi şagirdlərinin Azərbaycan dili üzrə orta balı- 79.18

4. Biləsuvar rayonu M. İbrahimov adına Biləsuvar lisey-məktəb kompleksi şagirdlərinin Azərbaycan dili üzrə orta balı- 78.02

5. Akademik Z.Əliyeva adına lisey şagirdlərinin Azərbaycan dili üzrə orta balı- 77.75

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
0
icma.az

1Sources