EN

Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı ARTIB

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu ilin yanvar-aprel aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 371 kiberhücum indikatoru (IOC) müəyyən edib.

Modern.az-ın Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 % çoxdur.

Kibertəhdidlərin 146-sı daxili araşdırma, 225-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə apreldə isə 81 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 29 % çoxdur.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 180,505 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 5 milyon 213 min 100, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 55 min 296 zərərverici tərkibli elektron sənəd blok edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
0
7
icma.az

8Sources