EN

Nazir general və zabitləri ixtisar edir

ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ ordusunda çalışan yüksək rütbəli zabitlərin ixtisar edilməsi barədə göstəriş verib. Bu barədə Bloomberg məlumat yayıb.


Nəşr qeyd edib ki, bu, hər hansı dəyişikliyi təsdiqləməli olan Konqreslə müəyyən konfliktə səbəb ola bilər. Heqset orduda dörd ulduzlu vəzifəlilərin 20% -ni, Milli Qvardiyadakı generalların 20% -ni və ümumilikdə generalların, admiralların sayının ən azı daha 10% azaldılmasını tələb edir.


Pentaqon rəhbəri bildirib ki, təklif edilən dəyişikliklər Birləşmiş Qərargah Rəisləri ilə aparılan "düşünülmüş prosesin" nəticəsidir. Onun sözlərinə görə, dəyişikliklər əslində silahlı qüvvələrin potensial münaqişəyə hazırlığını və effektivliyini maksimum dərəcədə artırmaq məqsədi daşıyır.

Tural

Chosen
0
news365.az

1Sources