EN

Starmer və Makron Ukraynadakı vəziyyəti müzakirə edib

Starmer

Böyük Britaniyanın Baş naziri Keir Starmer Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

APA xarici mediaya istinadən xəbər verir ki, Makron və Stramer Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Liderlər eyni zamanda, Rusiyanı 30 günlük atəşkəslə razılaşmağa çağırıblar.

Britaniyanın Baş naziri bildirib ki, Ukrayna dinc dialoqa hazır olduğunu nümayiş etdirib və müharibənin dayandırılmasında maraqlı tərəf olaraq qalır.

Bundan əlavə, Makron və Starmerin qarşıdan gələn Böyük Britaniya-Fransa sammitinə, eləcə də yaxın həftələrə planlaşdırılan Aİ-Böyük Britaniya sammitinə hazırlıq məsələlərini müzakirə edib.

Chosen
0
3
xalqcebhesi.az

4Sources