Böyük Britaniyanın Baş naziri Keir Starmerlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Leqal.info xarici mediaya istinadən xəbər verir ki, Makron və Stramer Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Liderlər, həmçinin Rusiyanı 30 günlük atəşkəslə razılaşmağa çağırıblar.

Britaniyanın Baş naziri bildirib ki, Ukrayna dinc dialoqa hazır olduğunu nümayiş etdirib və müharibənin dayandırılmasında maraqlı tərəf olaraq qalır.

Bundan başqa, Makron və Starmerin qarşıdan gələn Böyük Britaniya-Fransa sammitinə, o cümlədən yaxın həftələrə planlaşdırılan Aİ-Böyük Britaniya sammitinə hazırlıq məsələlərini müzakirə edib.

Leqal.info