Britaniya hakimiyyəti Rusiya ilə müharibə olacağı təqdirdə 20 illik ehtiyat planını yeniləmək üzərində işləyir.
Bu barədə "Daily Telegraph" qəzeti məlumat yayıb.
"Milli Müdafiə Planı" adlanan sənəddə başqa dövlətin Böyük Britaniyaya qarşı potensial təcavüzündən sonra münaqişənin ilk günlərindəki hərəkətlərin ardıcıllığını əks etdirmək nəzərdə tutulur.
"Gizli dosye hökumətin müharibə elanına, o cümlədən kabineti və kral ailəsini qorumaq üçün bunkerlərin, ictimai yayım və resursların yığılmasına necə reaksiya verməli olduğunu təsvir edəcək", - materialda deyilir.
Jurnalistlərin fikrincə, sənəddə münaqişənin başlanmasının bir neçə ssenarisi, xüsusən də Britaniyaya adi və ya nüvə raketləri ilə hücum göstəriləcək. Sənəddə ilk dəfə olaraq kibermüharibə ssenarisi də yer alacaq.
Planın yenilənməsinin əsas səbəbi kimi Rusiyadan gələn təhdidlərin artması göstərilir. Qeyd olunur ki, böyük ehtimalla plan dərc olunmayacaq.