EN

Havada xaos: Təyyarələrlə əlaqə itdi

ain.az bildirir, News24 saytına əsaslanaraq.

Aprelin 28-də ABŞ-ın Nyuark Liberti Beynəlxalq Hava Limanında hava dispetçerləri ilə təyyarələr arasında əlaqənin təxminən 90 saniyə kəsildiyi məlum olub.

News24.az Bloomberg-ə istinadən xəbər verir ki, keçən həftə hava limanındakı açar sistemlər təxminən 1,5 dəqiqə işləməyib. Bildirilib ki, hadisədən sonra bir çox işçi “travmatik məzuniyyətə” çıxıb.

Bu hadisədən və işçilər məzuniyyətə buraxıldıqdan sonra hava limanında bir həftə ərzində reyslərdə gecikmələr, təxirə salınmalar yaranıb. Delta Hava Yolları da bazar ertəsi günü hava hərəkətinə nəzarət məhdudiyyətləri səbəbindən "az sayda" uçuşların ləğv edildiyini açıqlayıb.

Günel Məlikzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
0
1
icma.az

2Sources