EN

Çempionlar Liqasında ilk finalçı müəyyənləşir: “Barselona”, yoxsa “İnter”?

Bakı, 6 may, AZƏRTAC

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçlarına start veriləcək.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma təşkil olunacaq.

İspaniyanın “Barselona” komandası İtaliyada “İnter”in qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Komandalar arasında ilk görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, bu raundun digər oyununda PSJ Fransada İngiltərə təmsilçisi "Arsenal"la üz-üzə gələcək.

Chosen
0
azertag.az

1Sources