EN

Tramp: Üç günlük atəşkəs – az deyil, başlanğıcdır– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-ın prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin elan etdiyi üç günlük atəşkəs barədə danışaraq bunun "az kimi görünsə də, başlanğıc nöqtəsini nəzərə aldıqda əhəmiyyətli olduğunu" bildirib. Tramp Rusiya-Ukrayna müharibəsini "qətiyyən olmamalı bir fəlakət" adlandırıb və hər gün çox sayda insanın həyatını itirdiyini vurğulayıb. O, münaqişənin real qurbanlarının rəsmən açıqlanandan daha çox olduğunu deyib. Tramp həmçinin bildirib ki, Rusiya və Ukrayna sülh istəyir və "əgər indi prezident olsaydım, bu müharibə çoxdan bitmişdi". Onun sözlərinə görə, neft qiymətlərinin düşməsi Rusiyanın mövqeyini zəiflədib və bu, danışıqlar üçün əlverişli şərait yaradır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
0
olaylar.az

1Sources