"Rəsmi Tehran Ermənistan və Azərbaycan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsinə öz dəstəyini ifadə edir".
APA-nın xəbərinə görə bunu İran Xarici işlər nazirinin müavini Səid Xətibzadə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən görüşdə söyləyib.
O vurğulayıb ki, bu amilin İran və Azərbaycan prezidentlərinin təşəbbüsü əsasında reallaşması mümkündür:
"İnanıram ki, hər iki tərəfin gündəlik əlaqələrində bu məsələ öz əksini tapacaq".