EN

“Bakı Marafonu 2025”də könüllülərin fəaliyyəti yüksək qiymətləndirilib - FOTOLAR

Bakıda təşkil olunan “Bakı Marafonu 2025” çərçivəsində könüllülərin fəaliyyəti marafonun təşkilati uğurlarından biri kimi qeyd olunub. “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə marafona cəlb edilən könüllülər tədbirdən öncə xüsusi hazırlıq mərhələsi keçiblər.

QHT.az xəbər verir ki, könüllülər startdan finiş xəttinədək marafonun bütün mərhələlərində iştirakçılara texniki və informasiya dəstəyi göstəriblər. Onlar istiqamətlənmə, su təminatı, ilkin tibbi yardım və digər təşkilati işlərdə fəal iştirak ediblər.

Qeyd edək ki, könüllülərin iştirakı marafonun təhlükəsiz və ardıcıl şəkildə keçirilməsində mühüm rol oynayıb. Tədbir çərçivəsində yüzlərlə könüllü müxtəlif sahələr üzrə təhkim olunaraq fərqli vəzifələri yerinə yetirib.

Təşkilatçılar bildiriblər ki, könüllülərin fəaliyyəti marafonun yüksək səviyyədə keçirilməsinə mühüm töhfə verib.

 

Pərvanə Fərhadqızı

Chosen
0
qht.az

1Sources