EN

Ölkə başçısı: "Bunu ilk dəfə deyirəm: Maradonanı öldürdülər"

Venesuela prezidenti Nikolas Maduro sensasiyalı iddia irəli sürüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, ökkəsindəki telekanala müsahibəsində Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı şok açıqlama verib.

Maduro deyib ki, bu faktı ilk dəfə deyir: "Bunu ilk dəfə deyirəm: Maradonanı öldürdülər. Onu öz üsulları ilə aradan qaldırdılar. Hazırda davam edən məhkəmə də bunu açıq şəkildə göstərir. Səssizlərin və məzlumların səsini kəsmək üçün öldürdülər"

Samir MUSAYEV
MİA.AZ

Chosen
0
1
mia.az

2Sources