EN

Quşçuluq fermasının tullantılarını təkərlərin içində yandıran şəxs CƏRİMƏLƏNDİ

Sitat.info saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xatırlayırsınızsa, 3 gün öncə Sitat.info-da Suraxanı rayonu, Hövsan qəsəbəsində fəaliyyət göstərən quşçuluq fermasında təkərlərin içərisinə içalat yığıb yandırıldığı ilə bağlı reportaj yayımlamışdıq. Hadisənin ertəsi günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də məlumat vermişdik. 

Bu gün nazirlik tərəfindən Sitat.info-ya göndərilən məlumatda tullantıları yandıran şəxsin müəyyən edilərək cərimələndiyi bildirilib: "Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kooperativ küçəsində tullantıların yandırılması ilə bağlı daxil olan şikayət 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb. Araşdırma zamanı tullantıların Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kooperativ küçəsi ev 1 ünvanında yaşayan vətəndaş- quşçuluq fermasının sahibi Yunus Aslanov tərəfindən yandırıldığı müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

Qanunu pozan Y.Aslanov barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən inzibati protokol tərtib edilib və onun fiziki şəxs qismində 500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbir görülür".

Məğrur,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
0
2
icma.az

3Sources