EN

“ABŞ Qəzzaya ərzaq yardımı edəcək” - Tramp

“ABŞ qəzzalılara yemək almaqda kömək edəcək. Hazırda anklavda aclıq hökm sürür”.

Missiya.Az “CNN”ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

"Biz Qəzza əhalisinə yemək almağa kömək edəcəyik. İnsanlar aclıqdan ölür",- deyə siyasətçi vurğulayıb.

Tramp bildirib ki, HƏMAS qruplaşması Fələstin anklavına gətirilən hər şeyi götürdüyünə görə yardımın çoxu mülki əhaliyə zəif çatdırılır.

"Baxırsınızsa, HƏMAS oraya gətirilən hər şeyi alır, lakin biz Qəzza xalqına kömək edəcəyik, çünki Həmas onlarla çox pis davranır", - deyə siyasətçi əlavə edib.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
0
1
missiya.az

2Sources