EN

Pentaqon kiçilir : dörd ulduzlu generalların sayı azaldılacaq, qərargahların çoxu isə...

Mia.az saytına istinadən ain.az xəbər verir.

ABŞ-ın Müdafiə Nazirliyində maraqla gözlənilən struktiur və kadr islahatlarına start verilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq Müdafiə naziri Pit Heqset beş ulduzlu rütbələr istisna olmaqla, dörd ulduzlu generalların sayının 20 faiz azaldılması barədə göstəriş verib.

O, həmçinin bir ulduz və ondan yuxarı general və admiral rütbəsi olan zabitlərin ümumi sayının da əlavə olaraq 10 faiz azaldılacağı haqda planı təsdiqləyib.

Məlumatda deyilir ki, bu addım strukturun sadə idarəetmə üslubu ilə səmərəliliyin artırılması məqsdəi daşıyır: "Oxşar ixtisarlar Milli Qvardiyada dörd ulduzlu rəhbər vəzifələr üçün də nəzərdə tutulub. Plan həmçinin, bir-birini təkrarlayan qərargah bölmələrini də əhatə edəcək. Onların çoxu ya qapadılacaq, ya da birləşdirməklə optimallaşdırılacaq".

Samir MUSAYEV

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
0
1
icma.az

2Sources