EN

Bakıda Prius Kamaz la toqquşdu Ölən var

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakıda yük maşını ilə minik avtomobili toqquşub, sürücü ölüb, sərnişinlər ağır xəsarət alıb.

Avtosfer.az xəbər verir ki, hadisə mayın 3-ü saat 16:15-də qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü İsmayılov Elçin Rasif oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobillə 1990-cı il təvəllüdlü Kəlpəliyev Anar Həmidağa oğlunun idarə etdiyi “Kamaz” markalı yük avtomobilinin toqquşması nəticəsində “Toyota Prius”un sürücüsü və həmin maşında olan sərnişinlər 1990-cı il təvəllüdlü Mirzəyeva Mehriban Saday qızı, 1994-cü il təvəllüdlü Dəmirqayayev Coşqun İlham oğlu, 2005-ci il təvəllüdlü Süleymanov Zaur Sərxan oğlu, 1986-cı il təvəllüdlü Əliyev Xaliq Əhsən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Mayın 5-də isə C.Dəmirqayayev yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətdən müalicə olunduğu xəstəxanada ölüb.

Fakta görə mayın 5-də Bakı şəhər Qaradağ RPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.(qafqazinfo)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
0
25
icma.az

10Sources