Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Bakının Suraxanı rayonunda 19 yaşlı Şövqiyyə Baxşıyeva dəm qazından zəhərlənərək ölüb.
“Qafqazinfo”nun “Unikal”a istinadən məlumatına görə, Ş. Baxşıyeva 6 ay əvvəl ailə həyatı qurubmuş.
O, Astara rayonunda dəfn olunub.
Xatırladaq ki, hadisə mayın 1-i paytaxtın Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Ş.Baxşıyeva yaşadığı evin hamam otağında dəm qazından boğulub.
Onun meyiti gecə saatlarında ailə üzvləri tərəfindən aşkar edilib.
