EN

İmmuniteti təbii yolla gücləndirin - Ədviyyatlarla sağlamlıq

Son illərdə sağlam həyat tərzi və təbii qidalanmaya artan maraq fonunda, immun sistemini gücləndirən bitkilər və ədviyyatlar geniş şəkildə gündəmə gəlib.

 

Pravda.az bildirir ki, xüsusilə bəzi ədviyyat və otlar bədəndəki toksinləri təmizləməyə, iltihabları azaltmağa və immun sistemini gücləndirməyə kömək edir.

 

Ədviyyatların immun sistemindəki rolu

 

Sarıkök, zəncəfil, sarımsaq, qara istiot və darçın kimi ədviyyatların tərkibindəki antioksidant və antiinflamatuar maddələr, hüceyrələri qorumaqla yanaşı, infeksiyalara qarşı mübarizədə də mühüm rol oynayır. Sarıkökün tərkibindəki kurkumin maddəsi, xüsusilə ürək-damar sağlamlığını dəstəkləyir və iltihabı azaldır.

 

Ən təsirli 10 ədviyyat

 

Araşdırmalara görə, immun sistemini gücləndirməkdə aşağıdakı ədviyyatlar xüsusilə effektivdir: sarıkök, zəncəfil, qara istiot, sarımsaq, darçın, mixək, kəklikotu, kimyon, rozmarin və sumaq. Hər biri özünəməxsus aktiv maddələrlə zəngin olmaqla yanaşı, iltihab azaldıcı və antioksidant təsirləri ilə tanınır.

 

Şəfalı otların gücü

 

Ədviyyatlarla yanaşı, şəfalı otlar da sağlamlıq baxımından böyük əhəmiyyət daşıyır. Adaçayı, nanə, gicitkən out, cökə, meyan kökü kimi otlar immun sistemini stimullaşdırmaq və mövsümi xəstəliklərin qarşısını almaq üçün tövsiyə olunur. Bu bitkilər əsasən çay şəklində istehlak edilir.

 

Gündəlik istifadə qaydaları və tövsiyələr

 

Mütəxəssislər ədviyyat və otların gündəlik istifadə zamanı diqqətli olunmasını tövsiyə edir. Dozadan artıq istifadəsi allergik reaksiyalar, həzm pozğunluqları və digər yan təsirlərə səbəb ola bilər. Xüsusilə 6 aydan kiçik körpələrə bitki çaylarının verilməsi tövsiyə edilmir.

 

Təbii ədviyyatlar və şəfalı otlar sağlam həyatın ayrılmaz hissəsi ola bilər. Lakin istifadəsində mütənasiblik və ehtiyat vacibdir. Sağlam qidalanma ilə yanaşı, yuxu rejiminə riayət etmək, stresdən uzaq durmaq və gigiyena qaydalarına əməl etmək də güclü immunitetin əsas şərtlərindəndir.

 

Əminə Bayramova

Tarix: 6 May 2025, 09:29   
Chosen
0
1
pravda.az

2Sources