EN

UEFA Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək Qarabağ ın mümkün rəqibləri artdı

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində potensial rəqiblərinin sayı artıb.

Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisinin mümkün rəqibləri sırasına daha bir neçə ölkənin çempionu qoşulub.

Belə ki, Qurban Qurbanovun yetirmələri püşk zamanı Malta, Şimali Makedoniya və ya Albaniya çempionatlarının qaliblərinə rəqib ola bilərlər. Sadəcə, həmin ölkələrdə mövsümü hansı komandanın qızıl medalla bitirəcəyi hələ məlum deyil.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq. Raundun ilk oyunları iyulun 8-9-da, cavab matçları isə 15-16-da keçiriləcək.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər:

"Slovan" (Slovakiya)

"Qarabağ" (Azərbaycan)

"Ludoqorets" (Bolqarıstan)

"Malmö" (İsveç)

"Jalgiris" (Litva)

RFŞ (Latviya)

"Linkoln" (Cəbəllüttariq)

"Kuopio" (Finlandiya)

TNS (Uels)

"Drita" (Kosovo)

"Breydablik" (İslandiya)

Sloveniya çempionu

Səpələnməmişlər:

"Levadiya" (Estoniya)

"Dinamo" (Minsk, Belarus)

"Kayrat" (Qazaxıstan)

"Differdanj" (Lüksemburq)

"İberiya" (Gürcüstan)

"Vikinqur" (Farer adaları)

"Şelburn" (İrlandiya)

"Virtus" (San-Marino)

Malta çempionu

Şimali Makedoniya çempionu

Albaniya çempionu

Qeyri-müəyyənlər:

"Linfild" (Şimali İrlandiya)

"Buduçnost" (Monteneqro)

"İnter" (Andorra)

Bosniya və Herseqovina çempionu

Ermənistan çempionu

Rumıniya çempionu

Moldova çempionu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
0
7
icma.az

8Sources