EN

272 saylı ortab məktəbdə "müəllimlər otağı"nın açılışını müəllimlər edirb - Təhsili idarə edənlər ordusu haradadır?

Azərbaycanda təhsil sistemi eksperimentlər poliqonuna çevrilib. Kim nə istəyir, necə istəyir bu sistemdə tətbiq edir. Təbii ki, heç nə də əvəzsiz olmur. İstənilən layihədə güclü maddi maraq var. Yoxsa millətin savadlı  olması çoxlarının heç vaxt umrunda belə olmayıb.

Təsadüfi deyil ki, bu sahəyə nəzarətin məqsədli şəkildə zəif olması işbazlara əlavə stimul verir. Danışacağıməz fakt bunun daha bir sübutudur.

Məsələn bir -iki  gün öncə Bakının E. Cəlilov adına 272 saylı orta məktəbində müəllimlər otağı təmirdən sonra istifadəyə verilib. Lap yaxşı, müəllimlərə normal iş şəraitinin yaradılması müsbət haldır.

Lakin bizi narahat edən məsələ zamanlamadır. Məlumdur ki, tədris ili başa çatmaq üzrədir. Beş-on gündən sonra məktəblərdə dərsliklər geri alınacaq. Və yaxın bir ayda müəllimlər məktəbə ancaq söhbətə gələcəklər. Çünki dərslik olmayan sinifdə müəllim nə edəsidir ki?!

Bu mənada tədris ilinin sonunda müəllimlərə belə bir jestin edilməsi anlaşılan deyil.

Bəs, tədris ili boyu müəllimlər harada oturub-durublar?

Bu təmiri yay tətili zamanı etmək olmazdımı ki, müəllimlər də il boyu rahat iş şəraiti görə bilsin?!.

Əlbəttə hər şeyi vaxtında etmək olar. Bunun üçün vətəndaş yanğısı və təşəbbüskarlıq lazımdır. Amma nə yazıq ki, bizlərin çoxunda bu yoxdur. Olsa idi 272 saylı məktəbin müəllimlər otağı vaxtında təmir edilərdi.

Deyək ki, müəyyən səbəblərə görə təmir tədris müddətində aparılıb. Və təmir prosesində yersizlikdən müəllimlər, səs-küydən şagirdlər əziyyət çəkib.

Ən azı buna görə Bakı şəhəri üzrə Baş təhsil idarəsinin(Elm və Təhsil Nazirliyi yox, haaaa) bir əməkdaşı heç olmasa müəllimlər otağının açılışına təşrif buyurardı. Həm müəllimlərə “göz aydınlığı” verərdi, həm də dilxoşluq edərdi ki, “bağışlayın, sizə bir neçə ay əziyyət verdik”.

Amma bunların heç biri edilmədi. Çünki təhsili idarə edənlər daha “vacib” işlərlə məşğuldur.  Belə olmasa idi Bakı şəhəri üzrə Baş təhsil idarəsindən kimsə 272 saylı məktəbin direktoruna deyərdi ki, “biz gələ bilmirik, heç olmasa “açılışı” sən elə”. Lakin bu da edilmədi. Və məktəb direktoru da bu səbəbdən “açılışa” təşrif buyurmadı.

Nəticə isə göz qabağındadır. Sahibsiz qalan təhsilimiz kimi diqqətsiz qalan müəllimlərimiz də özləri-özlərinə tədbir keçiriblər. İnsafən pis də alınmayıb. Hətta gücləri çatan qədər şirniyyat stolu da açıblar.

Bu da o deməkdir ki, müəllimlərimiz öz yerindədir, amma onları idarə edənlər heç yerində olana oxşamır.

News365.az

Chosen
0
news365.az

1Sources