EN

Qızılın qiyməti iki həftənin ən yüksək səviyyəsinə qalxdı

BAKI, 6 may. TELEQRAF

Qızılın qiyməti iki həftənin ən yüksək səviyyəsinə qalxıb.

Teleqraf xəbər verir ki, buna səbəb ABŞ Prezidenti Donald Trampın rüsumlarla bağlı planlarının narahatlıq doğurması və bunun təhlükəsiz liman kimi tanınan metala marağı artırması olub.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 1.48% artaraq 3,371.49 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 2.64% artaraq 33.328 ABŞ dolları təşkil edib.

Chosen
0
1
teleqraf.com

2Sources