EN

Fransa və Polşa müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək

Fransa və Polşa iki ölkə arasında, o cümlədən müdafiə sektorunda əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan yeni Dostluq Müqaviləsi imzalamağa hazırlaşır. Müqavilənin mayın 9-da Fransanın Nansi şəhərində Fransa prezidenti Emmanuel Makron və Polşanın baş naziri Donald Tuskun iştirakı ilə imzalanması planlaşdırılır. Mətbuatın yazdığına görə, Paris və Varşava əməkdaşlığı gücləndirməklə Moskva və Vaşinqtona siqnal vermək istəyirlər.

Mayın 9-da Donald Tusk Emmanuel Makronun iştirakı ilə yeni ikitərəfli Dostluq Müqaviləsi imzalamaq üçün Fransanın Nensi şəhərinə gələcək. Bu saziş Paris və Varşavanın köhnəlmiş hesab etdiyi 1991-ci ildəki oxşar məzmunlu hazırkı sənədi əvəz etmək üçün nəzərdə tutulub. Emmanuel Makron imzalanmaq üçün hazırlanan sazişi “tarixi”, Donald Tusk isə “sıçrayış” adlandırıb. Paris və Varşavada yeni “müttəfiqlik”dən danışırlar.

Fransa və Polşa mətbuatı qeyd edir ki, Nensi yeni müqavilənin imzalanması üçün yer kimi təsadüfən seçilməyib: 1736-cı ildə Polşa-Litva Birliyindən qovulmuş Fransa kralı XV Lüdovikin qayınatası kral Stanislav Leşçinski burada Lotaringiya hersoqu olub, iki xalq arasında əlaqələri möhkəmləndirib. Polşa kralı Rusiya imperiyasının qoşunlarının təzyiqi altında öz ölkəsini tərk etmək məcburiyyətində qalıb

Bununla belə, bir çoxları Nensidə baş verəcək hadisələrlə bugünkü Rusiya arasında əlaqə olduğunu vurğulayır. Qərb şərhçilərinin fikrincə, yeni Fransa-Polşa müqaviləsinin imzalanmasının iki əsas məqsədindən biri Ukrayna münaqişəsi fonunda Rusiyaya siqnal göndərməkdir. İkinci məqsəd, yeni Amerika administrasiyasına nümayiş etdirməkdir ki, Avropa ölkələri təkcə ABŞ-ın zəmanətinə arxalanmır və öz təhlükəsizliklərinin qayğısına qalmağa qadirdir. Artıq bir neçə ildir ki, Paris və Varşavada yeni müqavilənin zəruriliyi müzakirə olunurdu, lakin ABŞ-da avroskeptik Donald Trampın hakimiyyətə gəlməsi ilə onun hazırlanması üzrə işlərin sürətləndirilməsi qərara alınıb.

Əziz Mustafa, Oxuməni.az

Chosen
0
1
oxumeni.az

2Sources