EN

İsrailin Qəzzaya son 24 saatda endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 63-ə çatıb

Zərbələr nəticəsində onlarla insan yaralanıb.

İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində ölənlərin sayı 63-ə çatıb.

Operativ Media bu haqda Qətərin "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir.

Məlumata görə, mayın 5-də İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 63 fələstinli ölüb, onlarla insan yaralanıb. Telekanal qeyd edir ki, son 24 saat ərzində anklavın bir sıra əraziləri, o cümlədən sektorun mərkəzi hissəsində yerləşən Nuseyrat və Əş-Şücayyadakı qaçqın düşərgələri, eləcə də cənubda yerləşən Xan Yunis və Rəfah şəhərləri irimiqyaslı bombardmanlara və artilleriya atəşinə məruz qalıb.

1Sources