EN

Tramp iki həftə ərzində dərman tariflərini elan edəcəyini açıqlayıb

ABŞ prezidenti Donald Tramp iki həftə ərzində dərmanlara gömrük rüsumlarını açıqlayacağını bildirib.

Tramp reseptlə satılan dərmanlar üçün güclü yerli istehsalın yenidən qurulmasını asanlaşdırmaq məqsədilə Oval Ofisdə icra fərmanı imzalayıb.

Operativ Media xəbər verir ki, imzalanma mərasimində jurnalistlərin suallarını cavablandıran Tramp, dərmanlara tətbiq ediləcək tariflərin vaxtı və dərəcələri ilə bağlı suala “Önümüzdəki iki həftə ərzində açıqlayacağam”, – deyə cavab verib.

Alüminium, polad və avtomobil kimi məhsullara sektoral tariflər tətbiq edən Tramp, ötən ay dərman sektoruna da “əsas” tariflərin tətbiq olunacağını bildirmişdi.

Tramp, bu addımın digər ölkələrdəki əczaçılıq şirkətlərinə istehsal obyektlərini ABŞ-a köçürməyə imkan yaradacağını vurğulayaraq, “Bunu eşidəndə Çini tərk edəcəklər. Satmaq məcburiyyətində olduqları üçün başqa yerləri də tərk edəcəklər. Məhsullarının böyük hissəsi burada satılır”, – deyə qeyd edib.

1Sources