Yaxın vaxtlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri planlaşdırılır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
“Səfər yaxın vaxta planlaşdırılıb, biz hələlik konkret tarixi açıqlamırıq, bunu səfərə yaxın elan edəcəyik”, - deyə Badalyan vurğulayıb.