Rusiya xarici işlər naziri Sergey Lavrov yaxın vaxtlarda Ermənistana səfər edəcək.
APA Armenpress-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
“Səfər yaxın vaxta planlaşdırılır, biz hələlik konkret tarixi bildirmirik, səfərə yaxın tarixi elan edəcəyik”, - XİN rəsmisi bildirib.