EN

CHP liderinin ailəsini təhdid edən tutuldu

BAKI, 6 may. TELEQRAF

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəlin ailəsini sosial şəbəkə vasitəsilə təhdid edən şəxs həbs olunub.

Teleqraf “CNN Türk”ə istinadən xəbər verir ki, partiya liderinə hücum edən Səlcuq Tengioğlunun adı ilə sosial mediada hesab açan 23 yaşlı M.A-nın yaşayış ünvanı müəyyən edilib. Polis şübhəli şəxsi Trabzonda saxlayıb.

O, “hədə-qorxu” və “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” ittihamları ilə həbs edilib.

Chosen
0
teleqraf.com

1Sources