EN

Ərdoğan və Tramp Suriya, Qəzza, Hərbi Əməkdaşlıq məsələlərini müzakirə etdi


Türkiyə Cumhurbaşkanlığı Kommunikasiya İdarəsinin rəsmi saytında dərc olunan açıqlamaya görə, prezident Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Söhbət zamanı o, Trampı Türkiyəyə dəvət edib. Söhbətdə Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Prezident ƏrdoğanABŞ-la müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirmək üçün addımlar atmağa davam edəcəyini vurğulayıb. Türkiyə prezidentihəmçinin ABŞ-ın İranla danışıqlar aparmaq səylərini və Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq istəyini yüksək qiymətləndirib. Qəzzadakı humanitar vəziyyətə də toxunan Ərdoğan böhranın artıq kritik həddə çatdığını bildirib.

O, humanitar yardımın Qəzzaya fasiləsiz çatdırılmasının və faciəyə son qoyulmasının vacibliyini vurğulayaraq, Türkiyənin atəşkəsin təmin edilməsi və davamlı sülhün əldə olunması üçün hər cür əməkdaşlığa və dəstəyə hazır olduğunu bildirib. Prezident Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunmasına və regionda vəziyyətin sabitləşməsinə xüsusi önəm verir. Və əlavə edib ki, ABŞ tərəfindən Suriyaya sanksiyaların mümkün yumşaldılması vəziyyətin həllinə kömək edə bilər, sabit Suriya isə regional və qlobal sülhün maraqlarına xidmət edə bilər.

Surxay Əliyev

Chosen
0
baki-xeber.com

1Sources