EN

“Yüksək terror təhlükəsi”

Kanada yüksək terror təhlükəsi olduğunu əsas gətirərək, öz vətəndaşlarına Fransaya səfər edərkən diqqətli olmaları barədə xəbərdarlıq edib.

Kanada hökumətinin rəsmi saytında dərc edilən səyahət xəbərdarlığında Kanadanın Parisdəki səfirliyinin telefon xətlərinin kəsildiyi bildirilib.

Xəbərdarlıq Kanada vətəndaşlarını “Fransada yüksək terror təhlükəsi səbəbindən çox diqqətli olmağa” çağırıb: “Fransada son bir neçə ildə bir neçə fürsətçi və əvvəlcədən düşünülmüş hücumlar olub. Bunlar çoxlu ölüm və yaralanmalarla nəticələnib. Daha çox hücumlar mümkündür”.

Chosen
0
vaxt.az

1Sources