EN

La Liqa klubunun bazasında oğurluq Məşq təxirə salındı

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniyanın "Rayo Valekano" klubunun bu günə planlaşdırılan məşqi baş tutmayıb.

QOL.az AS nəşrinə istinadən xəbər verir ki, buna səbəb klubun bazasında oğurluq hadisəsi baş verməsidir.

Səhər saatlarında məşq bazasına gələn futbolçular butslar, əlcəklər və digər avadanlıqların yerində olmadığını görüblər. Buna görə də komanda bazanı tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, bu, "Rayo Valyekano"da ilk belə hadisə deyil. Futbolçular bununla bağlı klubun prezidenti Raul Martin Presə müraciət edərək, problemin həllində kömək istəyiblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
0
2
icma.az

3Sources