EN

Zəngəzur dəhlizi Asiya ilə Avropanı birləşdirən ən mühüm hissədir - Nazir

Milan. Trend:

Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm əlaqə rolunuoynayır.

Trend-in Milana ezam olunmuş xüsusi müxbirininverdiyi məlumata görə, bunu AİB-in Azərbaycan üzrə idarəçisi,maliyyə naziri Sahil Babayev bank rəhbərlərinin işgüzarsessiyasında bildirib.

"Zəngəzur dəhlizi regional əlaqələrin və iqtisadi inteqrasiyanıngücləndirilməsinə yönəlmiş strateji təşəbbüsdür. Bu marşrut Asiyavə Avropa arasında nəqliyyat əlaqələrinin təmin edilməsində,regionda malların, xidmətlərin və insanların daşınmasınıasanlaşdırmaqda əsas rol oynayır. Azərbaycan bu dəhlizə sərmayəqoymaqla yeni iqtisadi imkanlar açmaq, davamlı inkişafı təşviqetmək və qonşu ölkələr arasında əməkdaşlığı gücləndirmək məqsədidaşıyır", - deyə o qeyd edib.

S.Babayev vurğulayıb ki, Zəngəzur dəhlizi təkcə infrastrukturlayihəsi deyil. Bu, bütün regionda sabitlik və rifahı təmin edəngüclü tərəfdaşlıq əlaqələri yaratmaq istəyini simvollaşdırır.

Məqalədə:
Chosen
0
2
az.trend.az

3Sources