AZ

Zəngəzur dəhlizi Asiya ilə Avropanı birləşdirən ən mühüm hissədir - Nazir

Milan. TurkicWorld:

Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm əlaqə rolunu oynayır.

TurkicWorld xəbər verir ki, bunu AİB-in Azərbaycan üzrə idarəçisi, maliyyə naziri Sahil Babayev bank rəhbərlərinin işgüzar sessiyasında bildirib.

"Zəngəzur dəhlizi regional əlaqələrin və iqtisadi inteqrasiyanın gücləndirilməsinə yönəlmiş strateji təşəbbüsdür. Bu marşrut Asiya və Avropa arasında nəqliyyat əlaqələrinin təmin edilməsində, regionda malların, xidmətlərin və insanların daşınmasını asanlaşdırmaqda əsas rol oynayır. Azərbaycan bu dəhlizə sərmayə qoymaqla yeni iqtisadi imkanlar açmaq, davamlı inkişafı təşviq etmək və qonşu ölkələr arasında əməkdaşlığı gücləndirmək məqsədi daşıyır", - deyə o qeyd edib.

S.Babayev vurğulayıb ki, Zəngəzur dəhlizi təkcə infrastruktur layihəsi deyil. Bu, bütün regionda sabitlik və rifahı təmin edən güclü tərəfdaşlıq əlaqələri yaratmaq istəyini simvollaşdırır.

Seçilən
0
2
turkic.world

3Mənbələr