"Vahid Əliyevin səhhəti normal idi, iki gün əvvəl halı dəyişdi. Ürək fəaliyyətini və təzyiqini normala salmaq üçün təkrar aparata qoşdular".Bunu Teleqraf-a açıqlamasında xəstəxanaya yerləşdirilən 73 yaşlı Əməkdar artist Vahid Əliyevin həyat yoldaşı Tamilla Əliyeva deyib."Əslində, həyat yoldaşımı xəstəxanadan evə çıxarmağa getmişdik. Bizə dedilər ki, aparata qoşuldu. Bir neçə gün də gözləməlisiniz", - deyə T.Əliyeva bildirib.Qeyd edək ki, Vahid Əliyev 2022-ci ilin dekabr ayında infarkt keçirib. 2023-cü ilin yanvar ayında isə açıq ürək əməliyyatı olunub.