AZ

Əməkdar artistin səhhəti pisləşib, aparata qoşublar

Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Vahid Əliyevin səhhəti normal idi, iki gün əvvəl halı dəyişdi. Ürək fəaliyyətini və təzyiqini normala salmaq üçün təkrar aparata qoşdular".

Ölkə.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında xəstəxanaya yerləşdirilən 73 yaşlı Əməkdar artist Vahid Əliyevin həyat yoldaşı Tamilla Əliyeva deyib.

"Əslində, həyat yoldaşımı xəstəxanadan evə çıxarmağa getmişdik. Bizə dedilər ki, aparata qoşuldu. Bir neçə gün də gözləməlisiniz", - deyə T.Əliyeva bildirib.

Qeyd edək ki, Vahid Əliyev 2022-ci ilin dekabr ayında infarkt keçirib. 2023-cü ilin yanvar ayında isə açıq ürək əməliyyatı olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
7
icma.az

8Mənbələr