EN

Mahaçqalada yol polisinə silahlı hücum nəticəsində iki polis əməkdaşı həlak olub

Moskva, 5 may, AZƏRTAC

Mahaçqalada iki naməlum silahlı şəxs yol polisinin əməkdaşlarına hücum edib.

AZƏRTAC xəbər verir ki, hadisə Kərimov və Maqomedtaqirov küçələrinin kəsişməsində baş verib. İlkin məlumata görə, hücum nəticəsində iki polis əməkdaşı həlak olub. Hücum edənlərdən biri cavab atəşi ilə öldürülüb, ikincisi isə hadisə yerindən qaçıb. Onun yaxalanması istiqamətində əməliyyat keçirilir.

Hücum anı müşahidə kameralarına düşüb. Görüntülərdə iki kişinin bir müddət səkidə dayandığı, sonra isə polisə tərəf getdiyi görünür.

Hazırda əməliyyat-axtarış tədbirləri aparılır. Təhlükəsizlik əməkdaşları hücum edənlərin şəxsiyyətini müəyyənləşdirir və hadisənin bütün təfərrüatını aydınlaşdırırlar.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Chosen
0
3
azertag.az

4Sources