“Bayer” "Bayern"in rekordunu təkrarlayıb.
Rekord.az xəbər verir ki, bu, Bundesliqanın 32-ci turunda "Frayburq"la heç-heçə bitən oyunda (2:2) reallaşıb.
Leverkuzen təmsilçisi səfər matçlarında məğlubiyyətsizlik seriyasını 33-ə çatdırıb. Bununla da komanda Münhen klubunun 2012-ci ildən 2014-cü ilə qədər davam edən seriyasını təkrarlayıb. "Bayer" bu matçların 23-də qələbə, 10-da isə heç-heçə edib.
"Bayer" 32 turdan sonra 68 xalla ikinci pillədə qərarlaşıb. 76 xala malik olan "Bayern" ötən tur "Leypsiq"lə 3:3 hesabı ilə bitən matçdan sonra ölkə çempionluğunu rəsmiləşdirib.