EN

Kredit götürmək istəyənlər mütləq oxusun – Banklar, yoxsa lombardlar: Hansı daha sərfəlidir? 

Son illər Azərbaycanda lombard kredit təşkilatlarına müraciət edən vətəndaşların sayı artmaqdadır. Qızıl-zinət məmulatlarını, məişət texnikası və digər dəyərli əşyalarını girov qoyaraq qısamüddətli kredit götürmək istəyənlər üçün lombardlar əlçatan həll kimi görünür. Lakin bu təşkilatların etibarlılığı sual doğurur.

Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov KONKRET.az-a açıqlamasında bildirib ki, lombardların həm müsbət, həm də mənfi tərəfləri mövcuddur.

“Təəssüf ki, mənfi cəhətləri müsbət tərəflərini xeyli üstələyir. Ən böyük çatışmazlıqlardan biri yüksək faiz dərəcələridir. Bundan əlavə, lombardlar birbaşa girov tələb edir. Bəzi hallarda həmin girovlar geri qaytarılarkən yararsız vəziyyətə düşür. Hətta bəzi girov əşyalarının qaytarılmaması və ya gecikdirilməsi ilə bağlı risklər də yüksəkdir”.

Ekspert qeyd edir ki, bütün bu məqamlar bank kreditlərini lombardlarla müqayisədə daha əlverişli vasitəyə çevirir. Banklar həm faiz dərəcələri, həm də etibarlılıq baxımından üstündür.

“Lombardların əsas müsbət tərəfi isə çevikliyidir. Qısa müddətdə nağd vəsaitə ehtiyac yaranarsa, vətəndaş sadəcə girov təqdim edərək pulunu ala bilir. Bu baxımdan lombardlar sürətli xidmət üçün münasibdir. Lakin uzunmüddətli dövrdə, yüksək faiz dərəcələri və aşağı etibarlılıq səbəbindən sərfəli seçim hesab olunmur”.

Aynurə İsmayıl

KONKRET.az

Chosen
0
konkret.az

1Sources