EN

FHN Ucar Rayon Mərkəzi Xəstəxanasında təlim keçirib

Ucar Rayon Mərkəzi Xəstəxanasında "Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə" mövzusunda təlim keçirilib. Fövqəladə Hallar Nazirliyinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin məqsədi tibb müəssisəsinin kollektivinə fövqəladə hallar, xüsusilə də yanğın zamanı davranış qaydalarını aşılamaq olub.

Şərti yanğın zamanı "Həyəcan" siqnalı verildikdən sonra FHN-in yanğın-xilasetmə bölmələri operativ qaydada hadisə yerinə çataraq xəstəxananın müvafiq personalı ilə birgə obyektin təxliyə planına uyğun olaraq insanların təhlükəsiz yerə təxliyəsini həyata keçirib. Eyni zamanda, “yanğınla mübarizə” tədbirləri yerinə yetirilib, şərti xəsarət almış şəxslərə isə ilkin yardım göstərilib.

Chosen
0
9
news365.az

10Sources