EN

Avropa İttifaqı İrana çağırış etdi

BAKI, 5 may. TELEQRAF

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İran xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığında Tehranı Rusiyaya hərbi yardımı dayandırmağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində məlumat verib.

“Avropa İttifaqının nüvə problemi və regional gərginliyin azaldılması ilə bağlı diplomatiyaya dəstəyini vurğulamaq üçün İran xarici işlər naziri Əraqçi ilə danışdım. İranı Rusiyaya hərbi dəstəyi dayandırmağa çağırdım və həbsdə olan Aİ vətəndaşları və insan haqları ilə bağlı narahatlığımı bildirdim”, - Kallas yazıb.

Aİ-nin ali nümayəndəsi əlavə edib ki, Avropa İttifaqı ilə İran arasında münasibətlər sadalanan bütün bu sahələrdə irəliləyişdən asılıdır.

Chosen
0
teleqraf.com

1Sources