EN

Netanyahu İranı hədələdi: Tramp haqlı imiş

İsrailin baş naziri Benyamin Netanyahu sosial şəbəkələrdə İran və Yəmənin Ənsar Allah (Husi) hərəkatını Tel-Əviv yaxınlığındakı beynəlxalq hava limanına hücuma görə cavab alacağı ilə hədələyib.

Publika.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

"Biz husilərin İsrailin əsas hava limanına hücumuna cavab verəcəyik. Digər şeylərlə yanaşı, onların iranlı ağalarına lazım olan yerdə və vaxtda cavab verəcəyik", - deyə o bildirib.

Netanyahu deyib ki, hücumlar İrandan gəlir. O, həmçinin vurğulayıb ki, ABŞ prezidenti Donald Tramp zərbələrin mənşəyi ilə bağlı bu versiyanı irəli sürərkən haqlı olub.

Chosen
0
1
publika.az

2Sources