EN

Ermənistandan sərhəd açıqlaması: Ayrı-ayrı bölmələrdə irəliləyiş var

BAKI, 5 may. TELEQRAF

Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası prosesi davam edir və hazırda tərəflər arasında heç bir fikir ayrılığı yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan məlumat verib.

“Delimitasiya və demarkasiya prosesi davam edir. Hazırda prosesin gələcəkdə davam etdirilməsi nəzərdə tutulan bölmələr müzakirə olunur. Məmnunluq hissi ilə qeyd edə bilərəm ki, biz bu prosesi başa çatdıracağıq. Artıq qeyd etmişik ki, bu, Gürcüstan sərhədindən İran sərhəddinə qədər həyata keçiriləcək”, - spiker bildirib.

Jurnalistin “Əgər prosesin istiqaməti artıq müəyyən edilibsə, niyə yerlərdə iş hələ aparılmır” sualına Simonyan cavab verib ki, məsələ hissə-hissə müzakirə olunur:

“Yəni, biz ardıcıl olaraq, ayrı-ayrı bölmələr üzrə irəliləyirik. Bu mərhələlər sırf texniki xarakter daşıyır. Hazırda komissiyaların rəhbərləri və üzvləri arasında iş gedir, müzakirələr davam edir və heç bir fikir ayrılığı yoxdur”.

Chosen
0
teleqraf.com

1Sources