EN

Aİ İranı Rusiyaya hərbi dəstəyi dayandırmağa çağırıb

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas ilə İran xarici işlər naziri Abbas Araqçi arasında telefon danışığı baş tutub.

APA xəbər verir ki, bu barədə Kaya Kallas “X” platformasındakı paylaşımında bildirib.

Telefon danışığı zamanı Kallas Aİ-nin nüvə məsələsi ilə bağlı və regionda gərginliyin azaldılmasına dəstəyini vurğulayıb.

Kallas telefon danışığı zamanı Aİ-nin nüvə problemi və regional gərginliyin azaldılması üzrə diplomatiyaya dəstəyini vurğulayıb.

"Mən İranı Rusiyaya hərbi dəstəyi dayandırmağa çağırdım, həbsdə olan Aİ vətəndaşları və insan haqları ilə bağlı narahatlıqları dilə gətirdim", - Kallas bildirib.

Chosen
0
1
apa.az

2Sources