BAKI, 5 may. TELEQRAF
Rusiya Ukrayna ilə ABŞ arasında imzalanmış mineral ehtiyatlarla bağlı sazişin detalları ilə tanış deyil.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu sazişin məzmunu bizə məlum deyil", – Peskov qeyd edib.
Qeyd edək ki, mayın 1-də ABŞ və Ukrayna arasında strateji minerallarla bağlı əməkdaşlıq sahəsində razılaşma imzalanıb. Lakin bu sazişin konkret detalları ictimaiyyətə açıqlanmayıb.