Bakı. TurkicWorld:
Cari ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsi üzrə büdcə daxilolmalarının həcmi 2,065 milyard manat təşkil edib.
TurkicWorld bu barədə Maliyyə Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, Gömrük Komitəsi tərəfindən büdcə daxilomaları proqnozdan 37,9 milyon manat və ya 1,9% çox icra edilib.
Qeyd edək ki, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 13,965 milyard manat təşkil edib ki, bu da 4 aylıq proqnozdan 219,7 milyon manat və ya 1,6% çoxdur.