EN

Mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqladı

Trent Aleksander-Arnold cari mövsümün sonunda İngiltərənin "Liverpul" klubundan ayrılacağını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, müdafiəçi bu barədə sosial media hesabları vasitəsilə bildirib.

"Liverpul" akademiyasının yetirməsi olan, 2004-cü ildən klubun formasını geyinən 26 yaşlı futbolçunun müqaviləsinin müddəti bu ilin yayında başa çatır.

Qeyd edək ki, o, Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 352 oyunda 23 qola və 92 məhsuldar ötürməyə imza atıb. Trent Aleksander-Arnoldun daha əvvəl İspaniyanın "Real" klubu ilə müqavilə imzalayacağı bildirilirdi.

Chosen
0
3
bakivaxti.az

10Sources