EN

Tramp: “Rusiya Ukraynanın bütün ərazilərini vermək məcburiyyətində qalacaq”

ABŞ prezidenti Donald Tramp iddia edir ki, sülh razılaşması əldə etmək üçün Rusiya hökuməti Ukraynada zəbt etdiyi bütün torpaqlardan imtina etməlidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Amerika prezidenti bu barədə "NBC News" telekanalına müsahibəsində bildirib.

"Rusiya bütün Ukraynadan imtina etməli olacaq. Çünki Rusiya bütün Ukraynanı istəyir. Mən müdaxilə etməsəydim, onlar bütün Ukrayna üçün döyüşəcəkdilər. Rusiya indi sahib olduğu ərazini istəmir, bütün Ukraynanı istəyir", - Tramp qeyd edib.

Chosen
0
operativmm.az

1Sources