“Liverpul”un cinah müdafiəçisi Trent Aleksander-Arnold mövsümün sonunda İngiltərə klubundan ayrılacağını rəsmi şəkildə bəyan edib.

Offsideplus.az xəbər verir ki, futbolçunun “Liverpul”la müqaviləsi cari ilin 30 iyun tarixinə qədər qüvvədədir. O, şəxsi “X” (əvvəllər Twitter) hesabında paylaşdığı açıqlamada belə deyib:

“20 illik ‘Liverpul’ karyeramdan sonra mövsümün sonunda bu klubdan ayrılacağımı təsdiqləməyin vaxtı çatdı. Bu, həyatımda verdiyim ən çətin qərardır. Bir çoxunuzun bunun səbəbi barədə düşündüyünü və ya indiyədək bu barədə danışmamağıma görə narahat olduğunu bilirəm. Lakin mən hər zaman komandanın maraqlarına – xüsusilə də 20-ci çempionluğun qazanılmasına – tam diqqət yetirməyə çalışmışam. Bu klub 20 il ərzində mənim bütün həyatım, bütün dünyam olub. Akademiyadan bu günə qədər klub daxilində və xaricində hiss etdiyim dəstək və sevgi mənimlə həmişə qalacaq. Hər birinizə borcluyam. Amma mən heç vaxt başqa bir həyat tanımamışam. Bu qərarı vermək – yeni bir çağırışa atılmaq, komfort zonasından çıxmaq və özümü həm peşəkar, həm də şəxsi baxımdan sınamaq – asan olmadı. Bu klubda keçirdiyim hər günümü tam gücümlə dəyərləndirmişəm və ümid edirəm ki, siz də bunu hiss etmisiniz. Bütün qəlbimlə təşəkkür edirəm – məşqçilərimə, menecerlərə, komanda yoldaşlarıma, klub işçilərinə və inanılmaz azarkeşlərimizə – son 20 il üçün. Bu klubda xəyallarımı gerçəkləşdirmək şansına sahib oldum və birlikdə yaşadığımız o xüsusi anları heç vaxt unutmaraq. Bu kluba olan sevgim heç vaxt sönməyəcək”.