EN

Gürcüstanda torpaq sürüşməsi baş verib

Mayın 5-də səhər saatlarında Gürcüstanın Lentexi rayonunun (Raça-Leçxumi və Kvemo Svaneti bölgəsi) Babili kəndi ərazisində torpaq sürüşməsi baş verib. Nəticədə içərisində iki sərnişin olan avtomobil torpaq altında qalıb. Sərnişinlər, çətinliklə də olsa, avtomobildən çıxa biliblər.

“Sputnik Gürcüstan” xəbər verir ki, hazırda ərazidə axtarış-xilasetmə tədbirləri aparılır.

Gürcüstanın Avtomobil Yolları Departamentindən verilən məlumata görə, sürüşmə Kutaisi-Tskaltubo-Tsageri-Lentexi-Lasdili respublika avtomobil yolunun 91-ci kilometrliyində baş verib. Hazırda yolun bu hissəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

Yolun gün ərzində nəqliyyatın hərəkətinə açılacağı gözlənilir.

Avtomobil Yolları Departamenti, eyni zamanda, sürücülərə müraciət edərək Gürcüstan yollarının bəzi hissələrində məhdudiyyətlərin tətbiqi ilə bağlı xəbərdarlıq edib. Bildirilir ki, Kutaisi-Tskaltubo-Tsageri-Lentexi-Lasdili respublika yolunda bütün növ avtomobillərin hərəkətinə müvəqqəti qadağa tətbiq edilib.

Chosen
0
1
veteninfo.az

2Sources