AZ

Gürcüstanda sürüşmə baş verib, avtomobil torpağın altında qalıbFOTO

Mayın 5-də səhər saatlarında Gürcüstanın Lentexi rayonunun (Raça-Leçxumi və Kvemo Svaneti bölgəsi) Babili kəndi ərazisində torpaq sürüşməsi baş verib. Nəticədə içərisində iki sərnişin olan avtomobil torpaq altında qalıb. Sərnişinlər çətinliklədə də olsa avtomobildən çıxa biliblər.

Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri aparılır.

Gürcüstanın Avtomobil Yolları Departamentindən verilən məlumata görə, sürüşmə Kutaisi-Tskaltubo-Tsageri-Lentexi-Lasdili respublika avtomobil yolunun 91-ci kilometrliyində baş verib. Hazırda yolun bu hissəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

Yolun gün ərzində nəqliyyatın hərəkətinə açılacağı gözlənilir.

Avtomobil Yolları Departamenti, eyni zamanda, sürücülərə müraciət edərək Gürcüstan yollarının bəzi hissələrində məhdudiyyətlərin tətbiqi ilə bağlı xəbərdarlıq edib. Bildirilir ki, Kutaisi-Tskaltubo-Tsageri-Lentexi-Lasdili respublika yolunda bütün növ avtomobillərin hərəkətinə müvəqqəti qadağa tətbiq edilib.

Qaya uçması ilə əlaqədar Mestia dağına gedən yolda bütün növ avtomobillərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Məhdudiyyətlər Zuqdidi-Cvari-Mestiya-Lasdili milli yolunun 182-185-ci kilometrlərində (Kala-Uşquli hissəsi) qüvvədədir. (AZƏRTAC)

  • Gürcüstanda
  • Gürcüstanda
Seçilən
0
1
xezerxeber.az

2Mənbələr